İman gətirən cinlər və inkarçı cinlər
Ayələrdə cinlərdən bir qisminin Allaha iman edib hidayət yoluna gəlməsindən bəhs edilərkən bir qisminin də üsyankar və inkarçı olduğu bildirilir.
Saytın əvvəlki fəsillərində cinlərin hz.Süleymanın əmrinə verilməsinin onun üçün Allahdan böyük bir dəstək olduğunu qeyd etdik. Bu yerdə Quranda cinlər haqqında verilən məlumatlara toxunaq.
Quranda cinlərin oddan yaradıldığı bildirilir. Müvafiq ayələr bu şəkildədir:
Quran ayələri öyrəniləndə cinlərin də eynilə insan cəmiyyətləri kimi bir həyatının olduğu görünür. Ayələrdə cinlərin də gəlib-getmiş ümmətlərinin olmasından bəhs edilir. Onların da soyları və ataları var (“Əraf” surəsi, 38; “Kəhf” surəsi, 50). Cinlər insanlardan daha fərqli bir ölçü və çərçivədə yaşayır, ancaq insanları görə, onların danışığını dinləyə bilir.
Cinlərdən ifrit Hz.Süleymana o, hələ yerindən qalxmadan Səba məlikəsinin taxtını gətirə biləcəyini söyləmiş və “...Mən bu işi görmə yə çox qüvvətliyəm, etibarlıyam!” (“Nəml” surəsi, 39) deyə bildirmişdir. Bu ifadə ilə onun bir yerdən digər bir yerə çox böyük bir sürətlə hərəkət etməsinə, bir maddəni başqa yerə apara bilməsinə işarə edilmiş ola bilər.
Allah cinləri yaratmasının məqsədini “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” ayəsi ilə bildirmişdir (“Zariyat” surəsi, 56). Onlar da elçilər və elçilərə endirilən Kitablar vasitəsilə xəbərdar olunub qorxudulur, dünyada necə davranacaqları ilə sınanır, ibadət və itaət edir, bunun nəticəsində də Allahdan bir əvəz alırlar. Allah “Ənam” surəsində bu şəkildə bildirir:
Ayədə də bildirildiyi kimi, cinlərlə insanların imtahanı bir-birinə çox bənzəyir. Onların da bəziləri dünya həyatının müvəqqəti bəzəklərinə aldanır, xəbərdar edildikləri halda hidayət yolundan uzaqlaşırlar. Yenə də Quran ayələrindən cinlərin peyğəmbərlərin təbliğini dinlədikləri, Quran oxunarkən ona qulaq asdıqları və öyrəndikləri ilə öz qövmlərini xəbərdar etdikləri anlaşılır. Cinlərin Hz.Məhəmmədin (s.ə.v.) təbliğini dinləməsi “Əhqaf” surəsində belə xəbər verilir:
Allah bir çox ayəsində cinlərə və insanlara birlikdə xitab edir, müxtəlif öyüdlər verir, onları cəhənnəm əzabı ilə qorxudur. “Əraf” surəsinin 38-ci ayəsində Allah “Sizdən əvvəl gəlib getmiş cin və insan tayfaları ilə birlikdə cəhənnəmə girin...” şəklində buyurur (“Əraf” surəsi, 38). Hz.Məhəmmədə (s.ə.v.) bir hidayət rəhbəri kimi nazil edilmiş Quranı yalanlayan cin və insan tayfalarının vəziyyəti isə “İsra” surəsində belə bildirilir:
Allahın cinlərə və insanlara birlikdə xitab etdiyi ayələrdən bəziləri bu şəkildədir:
Ayələrdə cinlərdən bir qisminin Allaha iman edib hidayət yoluna gəlməsindən bəhs edilərkən bir qisminin də üsyankar və inkarçı olduğu bildirilir.
Ayələrdən Allahın diləməsi ilə cinlərlə insanların görüşə biləcəkləri, hətta cinlərin insanların əmrinə itaət edəcəkləri anlaşılır.
Bəzi insanlar cinlərin özlərinə aid bir güclərinin olmasına inanır. Halbuki bu, çox böyük bir yanlışlıqdır.
"Rəhman” surəsində cin və insan cəmiyyətlərinin Allahın ilhamı ilə hərəkət edən aciz varlıqlar olduğu xatırladılır.