Əhdi Ətiqdə hz. Süleyman

Saytın bura qədərki hissəsində hz.Süleymanın bir çox xüsusiyyətləri ilə yanaşı onun yüksək sənət anlayışından və zənginliyindən də söhbət açdıq. Onun bütün görənlərin heyran olduğu sarayından, xidmətində olan cin və şeytanlardan istifadə edərək gördüyü sənət işlərindən bəhs etdik. Bəzilərinin bina ustaları və dalğıclar olduğu əmrindəki şeytanların Quranda da bildirildiyi kimi, “qalalar, heykəllər, hovuz böyüklüyündə qablar və yerindən sökülməyən qazanlar” düzəltməsindən danışdıq.
Əvvəl də qeyd etdiyimiz kimi, Allah hz.Süleymanı eynilə atası hz.Davud kimi İsrailoğullarına peyğəmbər olaraq göndərmişdi. Hz.Süleyman onları Allahın ayələrindən xəbərdar etmiş, gözəl əxlaqlı olmağa dəvət etmişdi. Bu səbəbdən də İsrailoğullarının kitabı olan Əhdi-Ətiqdə hz.Süleyman haqqında bir çox məlumatlar var.
Əvvəlcə, Əhdi-Ətiqin quruluşunu açıqlamaq lazımdır. Əhdi-Ətiq hz.Musaya verilən Tövratın, hz.Davuda verilən Zəburun (Məzmurların) və müxtəlif yəhudi peyğəmbərlər tərəfindən yazıldığı və ya onların həyatından danışıldığı qəbul edilən kitabların toplusudur. Yəhudilər Əhdi-Ətiqə inanır. Xristianlar isə həm bu kitaba, həm də əlavə olaraq “Əhdi-Cədid” adlandırdıqları və Hz.İsa haqqında olan “İncil” adlı dörd kitabın və başqa bəzi məktubların olduğu ikinci bir kitablar toplusuna inanır.
Ancaq Qurana görə, Tövrat, Zəbur və Incil Allahın vəhyindən sonra insanlar tərəfindən təhrif edilmişdir. Bundan sonra mövcud olan Əhdi-Ətiqə və Əhdi-Cədidə bir ilahi kəlam kimi deyil, içində haqqın olduğu ehtimal edilən, ancaq bununla yanaşı müxtəlif əfsanə və xurafatların da olduğu qaynaq kimi baxmaq lazımdır.
Dolayısı ilə Əhdi-Ətiqdən daha çox tarixi bir qaynaq kimi yararlanmaq doğru olardı. Bu tarixi qaynağın nə dərəcədə doğru olduğunu isə onun Qurana uyğun olub-olmaması ilə müəyyən edə bilərik.
Hz.Süleymanın həyatından bilgilər olan Əhdi-Ətiq kitabında isə bir çox tarixi məlumat toplamaq mümkündür. Xüsusilə də bunların arasında hz.Süleymanın dünyadakı güclü hakimiyyətindən, yüksək hikmətə malik bir qul olduğundan, Allaha olan güclü imanından qeydlər Quranla çox uyğun gəlir. Əhdi-Ətiqdə hz.Süleyman krallığının Nil və Fərat çayları arasında qalan sahəni əhatə etdiyi yazılır ki, o dövrdə dünyanın mədəni və iqtİsadi mərkəzi olan Mesopotamiyada bu qədər geniş sahəyə hakim olmaq, üstəlik Səba nümunəsində olduğu kimi ətraf ölkələri idarə edəcək bir güc göstərmək əlbəttə ki, çox böyük bir siyasi iqtidarın əlamətidir.
Bununla yanaşı, Əhdi-Ətiqdə hz.Süleymanın zənginliyinə dair verilən məlumatlar çox diqqətçəkicidir. Onun sarayının tikilişi, kömək aldığı insanlar, sarayının tikilişində istifadə etdiyi materiallar haqqındakı məlumatlar və sarayın böyüklüyünə aid bilgilər aşağıdakı şəkildədir.