Həzrəti Süleyman

Üsyan edən cinlərin alacağı əvəz

"Rəhman” surəsində cin və insan cəmiyyətlərinin Allahın ilhamı ilə hərəkət edən aciz varlıqlar olduğu xatırladılır. Allahın ayələrini inkar edib üsyana qalxdıqları təqdirdə heç bir uğur əldə edə bilməyəcəkləri, çünki yerlərin də, göylərin də tək hakiminin aləmlərin Rəbbi olan Allah olduğu bildirilir:

“Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə çıxa bilərsiniz!” (“Rəhman” surəsi, 33).

Belə bir cəhddə olanların görəcəyi əvəz isə “Sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz” (“Rəhman” surəsi, 35) ayəsi ilə bildirilir. Həmçinin müsəlman cinlər vu həqiqəti bilir və “Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan canımızı qurtara bilmərik” (“Cin” surəsi, 12) ayəsində də göstərildiyi kimi, acizliklərini başa düşürlər. Eyni ayələrin davamında üsyan edən cin və insanların axırının cəhənnəm olduğu bildirilir:

“Göy ayrılıb dağ edilmiş yağ kimi qıpqırmızı olduğu zaman halınız necə olacaq?! Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! (Onlara belə deyiləcəkdir:) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!”“ (“Rəhman” surəsi, 37-43).

Bu fəsildə cinlərin müxtəlif xüsusiyyətlərindən danışdıq. İnsanlarla eyni məsuliyyət daşıdıqlarını, amma xəlq edilən olaraq müxtəlif özəlliklərinin olduğunu Quran ayələri ilə açıqladıq. Şübhəsiz ki, insanlardan fərqli bu varlıqlara hakim olmaq ancaq çox güclü bir imanın qarşılığında Allahın verdiyi bir dövlətdir. Hz.Süleyman Allahın bu neməti ilə mükafatlandırdığı əzm sahibi bir peyğəmbərdir. Allah Hz.Süleymana rəhmət etmiş və ona dünyada çox az quluna nəsib etdiyi böyük bir hakimiyyət vermişdi.