Həzrəti Süleyman

Səba xalqının məruz qaldığı aqibət

Müxtəlif ayələrdə Səba dövlətinin çox güclü ordularından bəhs edilir. Səba ordusunun başçılarının Quranda qeyd edilən bir ifadəsi bu ordunun son qərarı Səba məlikəsinin sərəncamına verdiyini göstərir. Ordu başçıları Səbanın qadın hökmdarına belə deyirlər:

“Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün bax!”“ (“Nəml” surəsi, 33).

Ancaq Səba dövlətinin bu gücü onlara heç bir fayda verməmiş, peyğəmbərlərinin sözünü dinləməyən və Allahın nemətlərinə şükr etməyən Səba xalqı nəsillər sonra dəhşətli bir sel fəlakəti ilə cəzalandırılmışdı. Səba xalqının yaşadığı yerlər Quranda belə təsvir edilir:

“Səba (tayfasının) yurdunda bir nişanə var idi. (Orada) sağdan və soldan iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!”“ (“Səba” surəsi, 15).

Yuxarıdakı ayələrdə də vurğulandığı kimi, Səba xalqı estetik cəhətdən gözəl, bərəkətli bağ-bağçaları olan bir torpaqda yaşayırdı. Ticarət yollarının üstündə yerləşən və bu səbəbdən də ümumi səviyyəsi yüksək olan Səba ölkəsi dövrünün seçilənlərindən biri idi. Yaşayış və şəraitin belə gözəl olduğu ölkədə Səba xalqına ayədə də bildirildiyi kimi, yalnız “Rəbbinin ruzisindən yemək və Ona şükr etmək” (“Səba” surəsi, 15) qalırdı. Lakin belə etmədilər və naşükür oldular. Ayələrdə Səba xalqının davranışı belə verilir:

“Lakin onlar üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?” (“Səba” surəsi, 16-17).

Səba xalqı uğurlarını və zənginliklərini öz səylərinin nəticəsi bildi. Üz döndərməsinin əvəzini isə ayədə göstərildiyi kimi, bir sellə aldı və həlak oldu. Bu, Allahın inkar edən bütün qövmlərə verdiyi ilahi bir əvəzdir. Allahın nemətlərinə şükr etməyən, elçilərin göstərdiyi hidayət yoluna uymayan və göndərilən Kitabları inkar edən hər xalq etdiklərinin əvəzini həm dünyada, həm də axirətdə mütləq alacaq. Bu, adətullahın (Allahın qanununun) bir nəticəsidir. Allah “Hud” surəsində belə buyurur:

“Bu, (məhv olmuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi ilə yerlə yeksan olmuşdur. Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi, əksinə, yalnız ziyanlarını artırdı” (“Hud” surəsi, 100-101).

Arim seli ilə həlak olan Səba qövmü
Daxil ol