Həzrəti Süleyman

Hz. Süleyman, hz. Zülqərneyn və hz. Mehdi oxşarlıq

Saytın əvvəlki hissəsində hz.Süleyman qissəsindən axır zamana aid müxtəlif işarələrə toxunduq və Axırzamanda, “Qızıl əsr”də İslam əxlaqının dünyada hakim olmasının Hadi simasını daşıyan bir şəxsin (Mehdi) vasitəsilə olacağını bildirdik.
Peyğəmbər əfəndimizdən (s.ə.v) rəvayət edilən hədislərdə axır zamandan və “Qızıl əsr”in əlamətlərində xəbər verilir. Gündəlik həyatımızda qarşılaşdığımız hadisələri bu əlamətlərlə müqayisə edəndə isə axır zamanın içində yaşadığımız dövr olduğunu göstərən və eyni zamanda “Qızıl əsr”in gəlişini müjdələyən bir çox işarə görməkdəyik.

Hədislərdə axır zamanın başlanğıcı fitnələrin çoxaldığı, savaş və qarşıdurmaların artdığı, dünyada çox böyük bir əxlaqsızlığın baş qaldırdığı, din əxlaqından uzaqlaşıldığı bir xaos dövrü kimi təsvir edilir. Sözügedən dövrdə bütün dünyada təbii fəlakətlər olacaq, kasıblıq heç bir dövrdə olmadığı qədər artacaq, cinayətlər və soyqırımılar bir-birini əvəz edəcək. Ancaq bu, axır zamanın sadəcə olaraq ilkin mərhələsidir; ikinci mərhələdə Allah Mehdini səbəb salaraq insanları bu xaosdan qurtaracaq.

Əlbəttə, burada sayılan bütün hadisələr tarixdə bir neçə dəfə yaşanmışdır. Bəşəriyyət tarix boyu dəfələrlə müharibə, təbii fəlakət və ya zəlzələ görmüşdür. Əxlaqi degenerasiya hər dövrdə müxtəlif cəmiyyətdə baş vermiş, kasıblıq və aclıq bütün dünyada yaşanmışdır. Axır zaman əlamətlərini bu hadisələrdən ayıran fərq isə bu əlamətlərin hamısının eyni dövrdə, bir-birinin ardınca və hədislərdə göstərildiyi şəkildə gerçəkləşməsidir. Burada bunu da müjdələməliyik ki, Peyğəmbərimizin (s.ə.v) hədislərində göstərilən bu böyük xaos sadəcə müvəqqəti bir dövrdə yaşanacaq və “Qızıl əsr”in başlanması ilə bu dövrün sonu gələcək.

“Qızıl əsr” müharibələrin və savaşların sona çatdığı, insana böyük bəlalar gətirən dinsiz ideologiyaların tarixin qaranlıqlarına gömüldüyü və dünyanın bolluq, bərəkət və ədalətlə coşub-daşdığı bir dövr olacaq. İslam əxlaqı bütün dünyaya yayılacaq, insanlar axın-axın dinə meyl edəcəklər. İslam əxlaqının bu böyük hakimiyyəti - əvvəl də vurğuladığımız kimi - Peyğəmbərimizin (s.ə.v.) bəzi hədislərində hz.Süleyman və hz.Zülqərneynin dünya hakimiyyətlərinə bənzədilərək tərif edilmişdir. Bunlardan bəziləri belədir:

“Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcəkdir” (Əl-Qavlul muxtasər fi əlamatil Məhdiyil muntəzər, səh 29).

“Bütün yer üzünün mələyi dörd dənədir. Onların ikisi - Zülqərney və Süleyman möminlərdən, digər ikisi - Nəmrud və Buhtunnəsr kafirlərdəndir. Yerə beşinci olaraq əhli beytimdən biri sahib olacaq. Yəni Mehdi” (Məktubati Rəbbani, 2/1163).

Qarşıdakı bölümlərdə axır zamanda olduğumuzu və eyni zamanda da gözəl “Qızıl əsr” dövrünün çox yaxın olduğunu göstərən əlamətlərdən bəzi nümunələr veriləcək. (Axırzaman əlamətləri ilə bağlı ətraflı məlumat üçün “Qiyamət əlamətləri”, “Qızıl əsr”, ““Qızıl əsr” və Dəbbətül-Ərz” adlı kitablarımıza baxa bilərsiniz).

“Sistemlərin dəyişdiyi bu dövrdə Mehdi adlı bir adam gələcək...” (Kitabul bürhan fi əlamət-il Məhdiyil axırzaman, səh.14).

Bu hədisdə Peyğəmbər əfəndimiz (s.ə.v.) Mehdinin “sistemlərin dəyişdiyi” bir dövrdə gələcəyini bildirmişdi. Bu hədisdə işarə edilən “sistem dəyişikliyi”nin XX əsrdə bütün dünyada hakim olan və əsrin sonlarına doğru süqut edən kommunist rejimi olması ehtimal edilir.

XX əsrə damğasını vuran qanlı müharibələrin və soyqırımların ən böyük səbəblərindən biri materialist fəlsəfənin məhsulu olan kommunist ideologiyasının hakimiyyətidir. Bu ideologiya Avropadan Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər dünyanın böyük bir hissəsinə təsir etmiş, bir çox ölkələr illərlə kommunist rejimləri tərəfindən idarə edilmiş və kommunist təşkilatlar tərəfindən hədəfə alınmışdır. 1990-cı ilə qədər davam edən “soyuq müharibə”nin nəticəsinə soyqırımların səbəbi kommunizm olmuşdur.

Kommunist rejimləri digər ölkələrlə savaşaraq ideologiyalarını zorla yaymaqla yanaşı çox geniş kütlələri edam edərək bir çox soyqırımlar törətmiş, düşərgələrdəki ağır şərtlər və qıtlıqlar kimi üsullarla öz xalqlarına da böyük zülmlər vermişdir.
Tarixçilərin qənaətinə görə, kommunistlər XX əsr boyu 120 milyon insanın ölümünə səbəb olmuşdur. Bunların çoxu müharibə zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqının içindən öldürdüyü vətəndaşlardır. On minlərlə kişi, qadın, yaşlı, uşaq sadəcə kommunist rejimlərinin qatı vəhşilikləri üzündən həyatını itirmişdir. Bundan əlavə milyonlarla insan kommunistlərin zülmünə düçar olmuş, bu səbəbdən məcburən köçürülmüş, əllərindən malları, tarlaları alınmış və hər an öldürülmə, günahsız yerə tutulma və zülm görmə qorxusu altında yaşamışlar.
Ancaq çox güclü və sarsılmaz kimi tanınan bu ideologiyaya malik rejimlər XX əsrin sonlarına doğru yavaş-yavaş dağılmağa, güclərini itirməyə başladılar. Bu süqutun ən açıq rəmzi 1989-cu ildə Berlin divarının yıxılmasıdır. İki ildən sonra dünyanın ən böyük və güclü kommunist dövləti olan Sovetlər Birliyi yıxılmış və Şərq Bloku tamamilə parçalanmışdı. Afrikadan Hind-Çinə qədər bir coğrafiyada fərqli kommunist rejimləri bir-birinin ardınca süqut etmiş, 1945-ci ildən etibarən dünyanın sabit beynəlxalq sistemi olan “ikiqütblü dünya düzəni” ortadan qalxmış, siyasi şərhçilərin dediyi kimi, yeni bir dünya düzəni qurulmuşdur. Hədisdə bildirilən “sistem dəyişikliyi” hər kəsi çaşdıran bu hadisə ilə həyata keçmişdir.

Bu gün isə - istər kommunizmin, istərsə də onunla eyni fikrə malik digər bir totalitar sistem olan faşizmin - son ideya və siyasi qalıqları da yox olmaqda, dünya bu qanlı ideologiyalardan tamamilə təmizlənməkdədir. İslam əxlaqının dünyaya yayılması ilə bu sistemlərin bütün dünyaya gətirdiyi zülm, kədər qaranlıq və yoxsulluq yer üzündən sözün əsl mənasında silinəcək, insanlar gözəlliyə, zənginliyə, rifah və rahatlığa qovuşacaqlar. Allah çətinliklərin, qaranlıqların, müharibə və soyqırımların ardınca rəhmətinin və böyüklüyünün bir nümunəsi olaraq insanlara bənzərsiz nemətlərini verəcək.

“Axır zamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gəlir, belə ki, yerlər müsəlmanlara dar gəlir” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.12).

Bu hədis Mehdi gəlməzdən qabaq bəzi müsəlman ölkələrində din əxlaqından uzaq, zalım və qəddar xarakterli və ya bacarıqsız insanların iqtidarda olacağına işarə edir. Həqiqətən də bu gün İslam dünyasının bir hissəsində iqtidarda olan rəhbərlər müsəlman xalqa əziyyət verməkdə, mürtəce və despot rejimləri ilə insanları əzməkdədir. Bir qismində isə aqil olmayan rəhbərlər üzündən xalq müxtəlif bəlalara məruz qalır. İraq, Liviya, Suriya, Somali, Efiopiya, Əfqanıstan, Tunis və Cibuti kimi ölkələr başda olmaqla müsəlmanlar ölkəni idarə edən liderlər tərəfindən müxtəlif təzyiq və çətinliklərə məruz qalır. Müsəlmanların dini sərbəst şəkildə yaşaması və dini ibadətləri icra etməsi əngəllənir, iqtİsadi çətinliklər həyatı ağırlaşdırır. Bu ölkələrin bəzilərində baş verən hadisələrə nümunələr bunlardır.

İranla müharibədə 3 milyonluq əhalisinin təqribən 1 milyonunu itirən İraqda faşist diktator Səddam Hüseyn xalqına ağlagəlməz işgəncələr və zülm vermişdir. İraq müsəlmanları 2003-cü ilin martına qədər Səddamın faşist idarəçiliyi altında əzilməkdə, onun ağılsız siyasəti üzündən beynəlxalq blokadalara məruz qalmaqda idi.

1979-cu ildə sovet Rusiyası tərəfindən işğal edildiyi gündən bəri Əfqanıstanda qərarsızlıq və özbaşınalıq hakim olmuş, həqiqi İslamı heç bir şəkildə təmsil etməyən iqtidarlar çox qəddar, despotik və xoşagəlməz bir sistem qurmuşdular.
Afrikanın ən kiçik ölkələrindən olan Cibutidə 1977-1991-ci illər arasında 2 minə yaxın müsəlmanın qətlə yetirilməsi, 7 min insanın səbəbsiz yerə tutulub işgəncə verilməsi bir rejim tərəfindən həyata keçirilirdi.

Somalidə 1969-cu ildən 1991-ci ilə qədər təqribən 20 il birbaşa müsəlmanları hədəfə alan general-leytenant Məhəmməd Siad Biarenin liderliyində despotik bir rejim quruldu.

Tunis 31 il Həbib Burqibanın diktator rejimi altında idarə olundu. Özünü “ömürlük prezident” elan edən Burqiba iqtidarda olduğu müddətdə müsəlman xalqını təzyiq altında saxladı.

Suriyalı müsəlmanlar Hafiz Əsədin 30 illik diktatorluğunda müxtəlif işgəncələrə məruz qaldılar. Qadınlara təcavüz edildiyi, kişilərə hər cür işgəncələrin verildiyi soyqırımlarda bəzi şəhərlər tamamilə aradan götürüldü.

“Tozlu-dumanlı, qaranlıq bir fitnə görünəcək, bunu digərləri əvəz edəcək” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.26).

Bu hədisdə isə Mehdinin zühurundan əvvəl tozlu-dumanlı, qaranlıq bir fitnənin görüləcəyindən söz gedir. “Fitnə” - “insanın ağıl və qəlbini birbaşa haqdan və həqiqətdən uzaqlaşdıracaq şey, savaş, qarışıqlıq, dava, ixtilaf” kimi mənaları olan bir kəlmədir. - 15. Hədisdə bir fitnənin arxasınca toz-dumanın qalxacağı bildirilir. Üstəlik bu fitnənin “qaranlıq” kimi səciyyələndirilməsini onun haradan gəldiyi məlum olmayan, gözlənilməz bir hadisə olduğuna işarə kimi qəbul etmək olar.

Bu perspektivdən baxdıqda sözügedən hədisin 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi kimi xarakterizə edilən basqına işarə etməsi ehtimal olunur. Televizor ekranlarından və qəzetlərdən də göründüyü kimi, bu iki böyük terror hadisəsindən sonra ətrafı böyük bir toz buludu və duman bürümüşdü.

Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin yanacağının səbəb olduğu partlayışlar nəticəsində böyük bir duman yaranmış və bu duman bütün şəhərdən və hətta uzaq ətrafdan görünəcək qədər yüksələrək yayılmışdı. Partlayışlar nəticəsində dağılan binalar isə böyük bir toz buluduna səbəb olmuş, hətta ətrafdakı insanların üst-başı da tamamilə tozla örtülmüşdü.

Bu hadisə həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm də digər əlamətlərlə yaxın dövrdə baş verməsi və üstəlik hədisdə edilən tərifəbənzər xüsusiyyətlər daşıması ilə çox önəmlidir. Ümumiyyətlə, minlərlə məsum insanın ölümünə və yaralanmasına gətirib çıxaran insanlıq tarixinin bu ən böyük terror hadisəsi hədisdə xəbər verilən və Mehdinin zühurunun bir əlaməti kimi bildirilən “tozlu, dumanlı, qaranlıq fitnə” ola bilər.

“Mehdidən əvvəl geniş soyqırımların baş verəcəyi böyük bir fitnə görüləcəkdir” (Əl-Qavlul müxtəsər fi əlamətil Mehdiyyil müntəzər, s.37).

Peyğəmbərimizin (s.ə.v) Mehdinin zühuru ilə bağlı bildirdiyi hədislərin böyük bir qismi Mehdi gəlməzdən əvvəl dünyada qarışıqlıq və təhlükəsizliyin hakim olacağı üzərində qurulub. Müharibələr və qarşıdurmalarla yanaşı kütləvi soyqırımların olacağı da bu dövrün özünəməxsusluqları arasındadır. Onu da qeyd edək ki, hədisdə soyqırımların geniş yayılacağına, yəni bütün dünya səviyyəsində yaşanacağına diqqət çəkilir.

Ötən əsrdə iki böyük dünya müharibəsi olmuş və sırf bu müharibələrdə 65 milyon insan həyatını itirmişdir. XX əsr boyu siyasi səbəblərlə qətlə yetirilmiş vətəndaşların sayının 180 milyonu keçdiyi güman edilir. Bu, əvvəlki əsrlərlə müqayisədə fövqəladə dərəcədə böyük bir rəqəmdir. Həqiqətdə XX əsrədək dünyadakı müharibələr çox vaxt bir cəbhə savaşı şəklində olur, yəni müəyyən bir xətt üzərində mübarizə aparan ordular arasında baş verirdi. Ancaq XX əsrdən silah texnikası və bununla yanaşı inkişaf etdirilən hərbi strategiyalar “tam yekun savaş” anlayışını ortaya çıxarmış, müharibələr sadəcə cəbhədəki əsgərləri deyil, cəbhə arxasındakı vətəndaşları da hədəfə almışdı. Şəhərlərin bombalanması, kimyəvi, bioloji və nüvə silahları, soyqırım, kütləvi həbs düşərgələri kimi anlayışlar sadəcə XX əsrə xasdır.

Sözügedən vəhşiliklər sürməkdə, hal-hazırda bütün dünyada qanlı müharibələr davam etməkdədir. Bu müharibələrin ortaq xüsusiyyətləri isə onların yuxarıdakı hədisdə bildirildiyi kimi, kütləvi soyqırımların yaşandığı müharibələr olmasıdır. Bir yandan kütləvi qırğın silahlarından istifadə edilməsi, digər yandan da müharibəyə, qan tökməyə sövq edən ideoloqların hökmranlığı soyqırımların çox geniş yayılmasına səbəb olur.

Yaxın tarixə baxdıqda xeyli sayda insanın həyatını itirdiyi bir çox qətliam nümunələrini görmək mümkündür. Məsələn, Yuqoslaviya müharibəsi tarixə daha çox dinc əhalinin hədəf seçildiyi, qadın, uşaq, yaşlı demədən minlərlə insanın qətlə yetirildiyi bir müharibə kimi düşmüşdür. Müharibədən sonra aşkarlanan məzarlar isə soyqırımı faktlarını aşkara çıxaran geniş bir sübutdur.

1940-cı illərdən bəri Fələstin xalqına qarşı aparılan digər bir “etnik təmizləmə” əməliyyatı isə daha uzunmüddətli bir soyqırımı siyasətidir. Bu siyasətin Sabra və Şatilla soyqırımları kimi nümunələri yaşanan dəhşətli hadisələrin miqyasını göstərir.

Afrika qitəsində də tez-tez müxtəlif etnik qruplar arasında şiddətli qarşıdurmalar yaranır və minlərlə insanın həyatına son qoyur. 1997-ci ilin yazında beş böyük ölkəni - Zair, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı əhatə edən bir müharibə iki böyük qəbilə - Hutu və Tutsi qəbilələri arasında baş verdi. Bu etnik müharibədə yarım milyona yaxın insan həyatını itirdi. On minlərlə insan meşələrdə aclıq, yoxsulluq, yoluxucu xəstəliklərlə mübarizə apardı və çox böyük bir qismi öldü. Kiçik uşaqlar və südəmər körpələr sırf başqa bir qəbilədən olduqları üçün vəhşicəsinə öldürüldülər.

“Günahsız insanlar öldürülənə qədər Mehdi ortaya çıxmayacaq və bu vəhşiliklərə yerdəkilər və göydəkilər artıq dözə bilməyəcək bir hala gəldikdə zühur edəcəkdir” (Əl-Kəvlul müxtəsər fi əlamət-il Mehdiy-il müntəzər, səh.37).

Mehdinin zühuru ilə bağlı hədislərdə soyqırımların yayılacağından bəhs edilərkən bu savaşların dinc insanları hədəf seçəcəyinə xüsusi diqqət çəkilir. Əvvəllər də vurğuladığımız kimi, bu gün demək olar ki, bütün müharibələrdə başlıca hədəf dinc sakinlərdir. Müharibələr əsasən dinc xalqa qarşı yönəldilməkdə, çox vaxt uşaqlar, yaşlılar və qadınlar qətlə yetirilməkdədir. Xüsusilə də özlərini müdafiə etmək imkanı olmayan bu insanların hədəf seçilməsi müharibədə həyatını itirənlərin sayının böyük olmasına səbəb olur.

Müharibələrdə və ya müxtəlif qarşıdurmalar zamanı gerçəkləşdirilən soyqırımlarla yanaşı xüsusilə də son illərdə qarşımıza çıxan terror əməlləri də xalqın kütləvi şəkildə məhv edilməsi ilə nəticələnir. Terrorizmin məqsədi xalq arasında qorxu və dəhşət yaymaq olduğundan bu növ basqınların hədəfi də əsasən dinc əhalidir. Terrorçular ticarət mərkəzləri, restoranlar, kafelər, məktəblər kimi müdafiəsiz qadınların, gənclərin və uşaqların olduğu yerləri hədəf seçdiyi üçün dünyanın müxtəlif ölkələrində bir çox insan həyatını itirməkdədir.

“Heç bir yerin ondan kənar qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən başqa hər tərəfə yayılacaq” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.21-22).

Yuxarıdakı hədisdə dünyaya fasiləsiz şəkildə yayılan və uzun müddət davam edən bir fitnədən danışılır. “Fitnə” sözü qeyd etdiyimiz kimi, “müharibə, qarışıqlıq, ixtilaf, dava” deməkdir. Sözün bu mənalarını düşündükdə görünür ki, hədisdə də ifadə edildiyi kimi, “xüsusilə də son bir əsrdir qaldığı yerdən dərhal başqa bir tərəfə yayılan” müharibələr, daxili qarşıdurmalar bütün dünyada sonu gəlmədən davam edir. Xüsusilə də arxada qoyduğumuz XX əsr “Müharibələr əsri” kimi xatırladılır. Yaşadığımız XXI əsr isə müharibə və terror əməlləri ilə başlamışdır və hələ də dünyanın dörd bir yanında davam etməkdədir.

Əvvəl də qeyd etdiyimiz kimi, XX əsr müharibələrində 180 milyona yaxın insan həyatını itirdi. Bəşəriyyət tarixində ilk dəfə bir əsr ərzində bu qədər insan müharibələr üzündən həyatını itirmiş oldu. Yenə də XX əsrdə hər biri ən azı 6000 insanın ölümünə səbəb olan 165 müharibə və münaqişə meydana gəldi.

Son 25 ildə dünyanın hansı bölgələrində müharibə və daxili qarşıdurmaların olması məsələsini nəzərdən keçirəndə dünyanın bir yerdə bitib digərində başlayan fitnələrdən qurtula bilmədiyini görmək mümkündür. Bosniya-Herseqovina, Kosovo, Albaniya, Bolqarıstan, İran, İraq, Əfqanıstan, Çeçenistan, Fələstin, İsrail, Şimali Koreya, Kamboca, Şərqi Türküstan, Efiopiya, Somali, Yəmən, Uqanda, Əlcəzair, Ruanda, Mozambik, Anqola, Konqo, Liberiya, Burundi, Sudan, Livan, Argentina, Şimali İrlandiya, Salvador, Nikaraqua son 25 ildə müharibələrin və daxili qarşıdurmaların olduğu ölkələrdən sadəcə bəziləridir.

Dünyada müharibələr və toqquşmalar çoxdur, ancaq XX əsrdə meydana gələn müharibələr və soyqırımlar bütün dünya tarixində baş verənlərdən bir çox xüsusiyyətləri ilə seçilir. Qeyd edildiyi kimi, bu müharibələrdə ölənlərin sayı bütün müharibələrdə ölənlərin sayından çoxdur. Üstəlik, tarix boyu müharibələr həmişə bir zonada baş vermiş, bir yerdən digərinə sıçrayaraq bütün dünyaya yayılmamışdı. XX əsrdə isə bu toqquşmalar bütün dünyanı bürümüşdür. Ötən əsrdə müharibə və ya toqquşma görməmiş, terror hadisələrini yaşamamış bircə ölkə belə yox kimidir.

XX əsr müharibələrini digərlərindən fərqləndirən bir başqa cəhət də güclü silahlardan istifadə edilməsidir. Bu əsrdə xüsusilə də nüvə və kimyəvi silahlardan istifadə edilməsi ilə çox dəhşətli soyqırımlar törədilmiş, sadəcə o müharibəni görən nəsillər deyil, sonrakı bir və ya bir neçə nəsil də böyük zərər görmüşdür. Bunların başında 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombaları gəlir.

İndi də bioloji müharibə ən böyük təhlükələrdən biri kimi görülür. Həmçinin 11 sentyabr terror hücumlarından sonra ABŞ-da bəzi ünvanlara məktublarla göndərilən şarbon bakteriyası buna bir nümunədir və indidən bir çox insanın ölümünə səbəb olmuşdur.

Nəticə olaraq deyək ki, hədisdə sözügedən və dünyanın bir çox yerinə yayılan fitnənin XX əsrdə başlayan və XXI əsrdə də davam edən müharibələr, toqquşmalar, qarşıdurmalar və terror hadisələrinin olması ehtimalı çox yüksəkdir. Bütün bunlar “Qızıl əsr”in yaxınlaşmasının və axır zamanın yaşanmaqda olmasının əlamətləri ola bilər.

“İnsanların ümidsiz olduğu və “Heç Mehdi-filan yoxmuş” dediyi vaxt Allah Mehdini göndərir...” (Kitab-ül bürhan əlamət-il Mehdiyy-il axır zaman, səh.55).

Yuxarıdakı hədisdə “Qızıl əsr”in əlamətlərindən birinin insanların “Mehdinin gəlməyəcəyinə görə” bir ümidsizliyə qapılması olduğu bildirilir.

Axır zamanda müharibələr, aclıq, ədalətsizlik, əxlaqi tənəzzül və müxtəlif yoluxucu xəstəliklər içində yaşayan insanlar bütün bu mənfiliklərin ortadan götürüləcəyinə dair inanclarını itirir. Müsəlmanlar arasında bir çox insanlar “Qızıl əsr”in başlayıb İslam əxlaqının dünyaya hakim olacağı istiqamətindəki ümidlərini itirir və fitnələrin çoxalaraq davam edəcəyinə inanır.

Həmçinin bu gün də belə insanlara tez-tez rast gəlinir. Peyğəmbər əfəndimizin (s.ə.v) Mehdinin gəlişi və “Qızıl əsr”də yaşanacaq gözəlliklərə aid çoxlu hədisi olsa da bir çox insanlar belə bir dövrün olmayacağını zənn edir. Elə bunun özü də axır zaman əlamətlərindən biridir. “Qızıl əsr” bu ümidsizliyin insanlar arasında geniş yayıldığı bir vaxtda Allahın insanlara olan rəhməti sayəsində başlayacaq.

“Yoxsullar çoxalacaq” (Ölüm-qiyamət-axirət və axır zaman əlamətləri, səh.455).

“Aclıq və bahalıq mümkün qədər çox yayılacaq” (Ölüm-qiyamət-axirət və axır zaman əlamətləri, səh.440).

Peyğəmbər əfəndimizin (s.ə.v) Mehdidən əvvəl yaşanacaq aclıq və yoxsulluqla bağlı yuxarıdakı hədislərinə bənzər daha bir neçə hədisi var. Şübhəsiz ki, tarix boyu aclıq və səfalət həmişə olmuşdur. Ancaq axır zamanda yoxsulluq bütün dünyada sürətli bir şəkildə artacaq.

Bu gün dünyanın hər yerində yemək-içməkdən məhrum, sağlam şərtlər altında yaşamayan, sığınacaq yeri olmayan insanlar var. Bu hal Afrika, Asiya, Cənubi Amerika başda olmaqla Amerika və Avropa ölkələrində də geniş şəkildə davam edir. İnsanların az bir qismi çox böyük bir rahatlıq və rifah içində yaşayarkən milyonlarla insan yoxsulluqdan əziyyət çəkir. 2000-ci il ərəfəsində yazılan bir məqalədə dünyadakı vəziyyət bu şəkildə açıqlanır:

“Yeni bir ilə addım atarkən hər gün yoxsulluqla bağlı səbəblər üzündən 35000 uşağın həyatını itirdiyi bir dünya ilə qarşı-qarşıya gəlirik. Bu da hər 2,5 saniyədə bir uşağın öldüyünü göstərir. Elə bir dünya ilə qarşılaşırıq ki, yoxsulluqla yaşayan insanların sayı hər gün artır və axır vaxtda bu rəqəm 1,5 milyarddır. Bu da Çinin əhalisinin sayında artıq, Avropa Birliyi ölkələrinin ümumi əhalisinin dörd qatına bərabərdir.

...Yaşadığımız dünyada varlı ilə kasıb arasındakı fərq çox sürətlə artır. Birləşmiş Millətlər Təşkilatının rəqəmlərinə görə, 1960-cı ildə dünyada ən varlı adamların 20 faizinin ən kasıb adamların 20 faizinin var-dövlətinin 30 qatına sahibdir. Daha sonrakı 37 il ərzində zənginlər irəlilədi və 1997-ci ildə bu rəqəm, yəni ən kasıb 20 faizin 74 qatına yüksəldi.
Dünyanın ən varlı üç ailəsinin sərvəti toplandıqda ən az inkişaf etmiş ölkələrdəki 600 milyon insanın illik gəlirlərindən daha çox edir. Bununla yanaşı dünyanın ən kasıb 80 ölkəsindən çoxunun adambaşına illik gəliri 10 il əvvəlkinə nisbətən aşağıdır”.

“Qızıl əsr”in başlaması ilə birlikdə bütün bu çətinliklər də ortadan qalxacaq. Aclıq, yoxsulluq və səfalət yerini bolluğa, bərəkətə və zənginliyə verəcək. O dövrdə ehtiyac və yoxsulluq içində heç bir insan qalmayacaq, din Allahın Quranda buyurduğu kimi yaşanacaq və insanlar “Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi” (“Zariyat” surəsi, 19) ayəsində də göstərildiyi kimi, mallarını ehtiyacı olanlara paylayacaqlar. Onsuz da İslam əxlaqının hökm sürdüyü bir cəmiyyətdə bəzi insanların varlı, bəzi insanların isə kasıb olması mümkün deyil. Çünki əgər bir insan iman edirsə, Allahın “O yoxsulu yedirtməyə rəğbət oyatmırdı. Bu gün bax burda onun yaxın bir dostu yoxdur” (“Haqqə” surəsi, 34-35) ayəsində bildirildiyi hala düşməkdən qorxar. Bu da cəmiyyətdə böyük bir ictimai ədalət, rifah və bərəkətin olmasına səbəb olur.

“İnsanlar  95-ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97 və ya 99-cu ildə mülkləri zail olacaq...” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.54).

Bu hədisdə “Qızıl əsr”dən əvvəlki iqtİsadi vəziyyətlə bağlı daha geniş və müfəssəl məlumatlar verilir.
Hədisdəki “95-ci il” ifadəsi ilə 1995-ci ilə işarə edilməsi ehtimal olunur. 1995-ci il insanların nisbətən daha yaxşı yaşadıqları həyat şərtlərinin çox ağırlaşmadığı bir dövrdür. Həmçinin hədisdə bu il içində “İşlərin yaxşı gedəcəyi” xəbər verilir. Yəni bu dövrdə insanlar müəyyən bir gəlirə sahibdir və hələ zəngindir. Ancaq 1997-1999-cu illər iqtİsadiyyatın çox zəiflədiyi, kasıbçılığın artdığı bir dövrdür. Bu illər arasında malın və mülkün dəyəri qalmayacaq. Qarşılaşdığımız Argentina nümunəsindən də göründüyü kimi, bu hadisə həyata keçmişdir və hələ də şiddətlə davam etməkdədir.

“Ondan əvvəl Şam və Misir məlikələri öldürüləcəkdir...” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.49).

Bu hədisdə Mehdinin gəlişindən qabaq Şam və Misir rəhbərlərinin öldürəcəklərinə diqqət çəkilir.
Misirin yaxın tarixini öyrəndikdə hədisdə deyildiyi kimi, bir “məliyin” öldürüldüyü görünür: 1970-ci ildə Misirin rəhbəri olan və 11 il iqtidarda qalan Ənvər Sədat.

Ənvər Sədat 1981-ci ildə bir rəsmi parad zamanı müxaliflər tərəfindən sui-qəsd nəticəsində həyatını itirdi. Misir tarixində öldürülənlərdən digərləri də 1910-cu ildə sui-qəsdə məruz qalan baş nazir Butros Qali, 1945-ci ildə öldürülən Misir baş naziri Əhməd Mahər Paşa, 1948-ci ildə yenə bir sui-qəsd nəticəsində öldürülən Misir baş naziri Mahmud Nukraşi Paşadır.

Şam sözü isə yalnız Suriyadakı Şam şəhəri üçün deyilmir. “Şam” sözünün ərəbcə mənası “sol” anlamına gəlir və qədimdən Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi bölgə) sol tərəfində qalan ölkələri ifadə edir. - 19. Şam bölgəsi rəhbərlərindən də çoxu sui-qəsdə məruz qalıb. Bunlardan bəziləri aşağıdakılardır:

1920-ci ildə öldürülən Suriyanın keçmiş prezidenti Səlah əl-Din Bitar;
1921-ci ildə öldürülən Suriya prezidenti Drubi Paşa;
1949-cu ildə sui-qəsdə məruz qalan Suriya prezidenti Mühsin əl-Bərazi;
1951-ci ildə öldürülən İordaniya kralı Abdullah;
1982-ci ildə bomba partladılması yolu ilə sui-qəsdə məruz qalan Livanın falangist lideri Bəşir Cəmayel... - 20.
Əvvəlki səhifələrdə axır zamanda Mehdinin zühurundan əvvəl görüləcək əlamətlərin bəzilərinə toxunduq. Bununla yanaşı Peyğəmbərimizin (s.ə.v.) hədislərində qiyamətin xırda əlamətləri kimi sayılan və qiyamətdən əvvəlki dövrdə, yəni axır zamanın başlanğıcında yaşanacaq hədislər var. Bu əlamətlər “Qızıl əsr”dən əvvəl həyata keçəcəyi üçün eyni zamanda Mehdinin zühurunun əlamətləri kimi görünür.

Qarşıdakı səhifələrdə qiyamətin bu kiçik əlamətlərinin bəzilərindən danışılır. Peyğəmbərimizdən (s.ə.v.) bizə çatan bu məlumatlar öyrəniləndə onlardan hər birinin indiki cəmiyyətdə yaşandığı görünəcək. Ancaq unutmaq olmaz ki, ilk baxışda xoşagəlməz görünən bu hadisələr əslində bolluq, bərəkət, sülh, xoşbəxtlik, təhlükəsizlik dolu bir çağın başlayacağının müjdələridir. Bütün bu hadisələrdən sonra Allah bütün insanlar üçün gözəl bir çağ açacaq. Bu, Allahın vədidir. Allah Quranda möminləri belə müjdələyir:

“Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq”
(“Ənbiya” surəsi, 105).

“(Sizi hələ) sevdiyiniz başqa bir şey də - Allah dərgahından  kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver!” (“Səff” surəsi, 13).

“Qənimət müəyyən insanların inhİsarında olduğu, əmanət qənimət sayıldığı, zəkat ağır bir yük kimi qəbul edildiyi zaman...” (Qiyamət əlamətləri, səh.114).

“Əmanətin qənimət, zəkatın da (altından çətinliklə çıxılacaq) bir borc kimi qəbul edilməsi...” (Qiyamət əlamətləri, səh.139).

“Böyüyə hörmət, kiçiyə mərhəmət götürüləcək. Zina uşaqları çoxalacaq. O qədər ki, kişi küçənin ortasında qadınla zina edəcək” (Qiyamət əlamətləri, səh.140).

“Bir zaman gələcək ki, qadınla yolun ortasında zina ediləcək. Heç kim buna etiraz etməyəcək” (Qiyamət əlamətləri, səh.142).

“Dünyanın xarab olmuş yerlərinin abadlaşdırılması, abad edilmiş yerlərin təxribi qiyamətin şərt və əlamətlərindəndir” (Qiyamət əlamətləri, səh.138).

“Gözəl şəhərlər xarab ediləndə, əmanətə xəyanət ediləndə qiyamətlə sənin aranda iki barmaq arası qədər məsafə qalmış deməkdir” (Qiyamət əlamətləri, səh.143).

“Binaların çox yüksək tikilməsi...” (Qiyamət əlamətləri, səh.146).

“İnsan qardaşını öldürməyincə qiyamət qopmaz” (Qiyamət əlamətləri, səh.141).

“Bu üç şeylə qarşılaşmayana qədər ümmət gözəl bir yol üzrə olacaqdır: yaxşılıq aradan qalxmadıqca, əxlaqsız uşaqlar çoxalmadıqca, aralarında Essekkarun peyda olmadıqca... Dedilər ki, Əssəkkarun nədir? Cavab verdilər: axır zamanda gələcək bir nəsildir ki, aralarındakı salamları bir-birini söymək olacaq” (Qiyamət əlamətləri, səh.141-142).

“Hər kəsin az qazancından şikayətlənməsi... Zənginlərin var-dövlətlərinə görə hörmət görməsi” (Qiyamət əlamətləri, səh.146).

“Bazarın zəifləməsi, qazancların azalması...” (Qiyamət əlamətləri, səh.148).

“İşlərin kasad getməsi. Hər kəs “sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!” deyə şikayətlənəcək” (Qiyamət əlamətləri, səh.152).

“Liderlərinizi öldürmədikcə, dünyanızda pisləriniz varis olmadıqca qiyamət qopmaz” (Qiyamət əlamətləri, səh.141).