Hz. Süleymanın möhtəşəm hakimiyyəti və güclü ordusu

* Hz.Süleyman misli-bərabəri olmayan çox güclü bir orduya sahibdir. Bu ordu cinlərdən, quşlardan və insanlardan ibarətdir və çox güclü bir xəbərləşmə (kəşfiyyat) şəbəkəsi ilə dəstəklənir.
* Ayədə hz.Süleyman təkcə bir ordusunun deyil, ordularının olmasından bəhs edilir. Ordu kəlməsinin cəm halda işlənməsi onun ordusunun gücünün və sayca üstünlüyünün də bir ifadəsidir.
* Hz.Süleymanın ordusunun ən diqqətçəkici tərəfindən biri də onun nizam-intizamıdır. Cinlər, quşlar və insanlar kimi üç müxtəlif qrup eyni ordu tərkibində böyük bir harmoniya ilə vəzifələndirilir, ordudakı intizamda heç bir maneəyə rast gəlinmir.
* Ordusunun cin və şeytanlar tərəfindən dəstəklənməsi hz.Süleymanın bir çox aspektdən üstünlüyünü təmin edir. Bu varlıqlar insanların bacarmadığı bir çox şeyləri asanlıqla edirlər. “...O və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər...” (“Əraf” surəsi, 27) ayəsində də bildirildiyi kimi, onlar özlərini göstərmədən insanları görə bilirlər. Bu xüsusiyyət cinlərə xəbərləşmə və kəşfiyyat məsələsində çox böyük üstünlük verir.
(“Sad” surəsi, 36-38)
* Ayədəki “zəncirlənmiş halda” (“Sad” surəsi, 36-38) ifadəsi hz.Süleymanın onun xidmətinə verilmiş cin və şeytanlar üzərində çox böyük bir hakimiyyətinin olduğuna işarə edir.
* Bu məlumatlar hz.Süleymanın hakimiyyətinin sadəcə dindar və təslim olmuş cinləri deyil, inkarçıları da əhatə etdiyini aşkara çıxarır. Hz.Süleymanın şeytanları, şeytanın təsiri altındakı insanları və dinsiz olanları zərərsiz hala gətirməsi də bu ayədən anlaşılır. Hətta onları İslama faydalı olacaq hala gətirmiş, onlara müxtəlif vəzifələr vermişdir.
* Allah bu ayədə İslam əxlaqının hökm sürdüyü bir şəraitdə şeytan təbiətli, pis niyyətli insanların cəmiyyətə zərər verməsinin qarşısının alınmasının vacibliyinə işarə edə bilər. Belə insanları Allah yolunda bir işlə təmin etmək isə həm bu kimi zərərlərin qarşısını alacaq, həm də İslam adına bir faydalı işin meydana çıxmasına səbəb olacaq.
* Bu ayə ilə insanlara zülm və pislik edən, yer üzündə fitnə-fəsad törədən şeytan xarakterli insanların çox ciddi bir nəzarət altında idarə olunmasının zəruriliyinə işarə oluna bilər. Bu şəxslərin xalqa qarışaraq insanlara zərər verməsinin qarşısı alınmalıdır.
* Allah bu ayədə axırzamanda günahkarların cəzalandırılması zamanı tətbiq ediləcək üsullara diqqət çəkmiş ola bilər. O dövrdə günahkarların cəmiyyətə zərər verməsi əngəllənəcək, ancaq bu şəxslər müxtəlif sahələrdə işlədilərək insanlara faydalı hala gətiriləcək ola bilərlər.
* Ayədə bildirilən “zəncir” (“Sad” surəsi, 36-38) ifadəsi ilə Allah axırzamanda istifadə edilən elektrikli zəncirə oxşar bir təhlükəsizlik sisteminə diqqət çəkmiş ola bilər. Sözügedən insanların qaçması, onların həm özlərinə, həm də ətrafındakılara zərər verməsi bu şəkildə əngəllənəcək.
(“Nəml” surəsi, 20-21).
Bu ayələrdən də məlumdur ki, Hz.Süleyman ordusunu bir qayda olaraq nizamlayı və yoxlayır, xoşagəlməzlik olanda bunu tez bir zamanda duyur və lazım olan tədbirləri görürdü. Nizam-intizamı pozacaq hərəkətlərin edilməsinə qətiyyən izn vermirdi. İcazəsiz və xəbərsiz şəkildə bir yerə getməyin çox mühüm bir xəta olması Hz.Süleymanın yuxarıdakı sözlərindən anlaşılır.
Hz.Süleyman Səba məlikəsindən hədiyyələr gətirən ulaqlara yuxarıdakı şəkildə səslənir. Bu sözlərdən göründüyü kimi, o, heç bir şəkildə hədiyyə qəbul etməyəcəyini bildirmiş, beləliklə də Səba məlikəsinin ona təslim olması fikrində necə qəti olduğunu da göstərmişdir.
Beləliklə, bu ayədən hz.Süleymanın ordusunun o dövrdə heç bir ölkənin ordusu ilə müqayisə edilməyəcək qədər güclü olduğu görünür. Həmçinin qarşıdakı səhifələrdə görəcəyimiz kimi, Səba başçıları bu xəbəri aldıqda təslim olmaqdan başqa bir çarələrinin olmadığını anlamışdılar. Bu da onların hz.Süleymanın ordusunun məğlubedilməzliyini bilməsinin bir göstəricisidir.