Həzrəti Süleyman

"Qızıl əsr" dövründəki ədalət və xoşməramlılıq

Hz.Süleyman xoşməramlı bir hakimiyyətə malikdir və onun demokratik yollarla hərəkət etməsi diqqəti çəkməkdədir. Eyni vəziyyəti “Qızıl əsr” üçün də söyləyə bilərik.
İslam əxlaqının bütün dünyaya hakim olduğu “Qızıl əsr” dövründə də xoşməramlı və sülh dolu bir dünya bərqərar olacaqdır. İnsanlara şəfqət, qayğı və mərhəmət göstəriləcək, bütün dindən olan insanlar xoşbəxt və təhlükəsiz yaşayacaqdır. Dünya zənginlikləri insanlar arasında bərabər bölünəcək, yer üzündə kasıblıq və yoxsulluq aradan götürüləcək. Bu mövzu ilə bağlı bəzi hədislər belədir:

“Zülm və yalanla dolu olan dünya o, gəldikdən sonra ədalətlə daşacaqdır” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər. səh.20).

“Hz.Mehdi o qədər mərhəmətli olacaqdır ki, dövründə nə bir insan yuxusundan oyandırılacaq, nə də burnu qanayacaqdır” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.44).

“O (Mehdi), ərzə sahib olur və ondan əvvəlki təzyiq və zülmlə olan ərzi ədalətlə əvəz edir. Sizdən ona kim çatarsa, qar üstündə sürünəcək olsa belə ona qoşulsun, çünki o, Mehdidir” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.14).

“...Onun dövründə yaxşı insanların yaxşılığı artacaq, pislərə qarşı belə yaxşılıq edilər” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.17).

“Bütün ölkələr ona qapılarını açacaqlar... Yer üzündə təhlükəsizlik və sükut hakim olacaq” (Qiyamət əlamətləri, səh.164).