Həzrəti Süleyman

Gözəl əxlaqla bağlı

“Yaxşılığa haqqı çatan adamlara əlindən gədlən yaxşılığı əsirgəmə. Yanında varsa, qonşuna “Get, sonra gəl” və “sabah verərəm” demə. Qonşun yanında əmin-amanlıqda qalarkən onun üçün şər düşünmə! Sənə qarşı şər etməyibsə, bir adamla boş-boşuna mübahisə etmə! Zalim adama qibtə etmə və onun yollarından heç birini seçmə. Ancaq Rəbbinin dostluğu doğrularladır. Rəbbinin lənəti pislərin evindədir. Ancaq salehlərin yaşadı yeri mübarək edər. Həqiqi Rəbb gülünc vəziyyətdə olanlara istehza edər.  Ancaq təvəzökarlara mərhəmət edər. Hikmətli olanlar izzəti miras alacaqlar. Ağılsızlar utancı alacaqlar” (“Hz.Süleymanın məsəlləri”, Bab 3, 27-35).

 

“Doğruluqla addımlayan doğru yolda addımlayar. Ancaq yollarını azdıran məlum olar” (“Hz.Süleymanın məsəlləri”, Bab 10, 9).

 

“Yaxşı adam Rəbbindən mərhəmət görər. Niyyətləri pis olanları isə Rəbb məhkum edər” (“Hz.Süleymanın məsəlləri”, Bab 12, 2).

 

“Salehlərin düşüncələri haqqdır. Ancaq pislərin nəsihətləri hiylədir” (“Hz.Süleymanın məsəlləri”, Bab 12, 5).

 

“Pislər yıxılır və yox olurlar. Ancaq salehlərin evi qalır” (“Hz.Süleymanın məsəlləri”, Bab 12, 7).

 

“Salehə heç zərər dəyməz. Pislər isə şərlə dolar” (“Hz.Süleymanın məsəlləri”, Bab 12, 21).

 

“Ürəyindəki qayğı insanı çökdürür, ancaq yaxşı söz ürəyi sevindirir” (“Hz.Süleymanın məsəlləri”, Bab 12, 25).

“Kibirdən ancağ dava meydana gələr, lakin yaxşı nəsihətə qulaq asanın yanında hikmət olar” (“Hz.Süleymanın məsəlləri”, Bab 13, 10).

 

“Sözü yaxşı görməyən özüzərinə həlak gətirər, lakin əmrdən qorxan mükafat alar” (“Hz.Süleymanın məsəlləri”, Bab 13, 13).

 

“Yumşaq cavab hirsi yatızdırar, lakin sərt söz hirsi artırar” (“Hz.Süleymanın məsəlləri”, Bab 15, 1).

 

“Sözə qulaq asan yaxşılıq tapar, Rəbbinə güvənən xoşbəxt olar” (“Hz.Süleymanın məsəlləri”, Bab 16, 20).

 

“Yaxşı ad zənginlikdən və mərhəmət görmək gümüş və qızıldan üstün tutulmalıdır. Varlı ilə kasıb qarşılaşırlar. Onların hamısını yaradan Rəbbdir” (“Hz.Süleymanın məsəlləri”, Bab 22, 1-2).

 

“Təvəzökar olmağın və Rəbb qorxusunun sonu sərvət, izzət və həyatdır. Azğın adamın yolunda tikanlar və maneələr var. Canını qoruyan onlardan uzaq qalır” (“Hz.Süleymanın məsəlləri”, Bab 22, 4-5).

 

“Qazancını çoxaltmaq üçün kasıbı əzən, varlıya verən ancaq yoxsulluğa düşər. Qulağını yaxşı və hikmətli adamların sözlərinə qulaq as. Ürəyini mənim elmimə uyğunlaşdır. Çünki onları öz içində gizlətsən daha yaxşıdır...” (“Hz.Süleymanın məsəlləri”, Bab 22, 16-18).

 

“Oğlum, əgər sənin ürəyin hikmətlidirsə, Mənim ürəyim də sevinər. Dodaqların düzgün şeylər danışdığı zaman Mənim könlüm də sevinclə dolar. Ürəyin günahkarlara qibtə etməsin. Ancaq bütün gün Rəbb qorxusunda ol. Çünki həqiqətən bir son var. Ümidin puç olmayacaqdır. Oğlum qulaq as və hikmətli ol və yolda ürəyini düzəlt” (“Hz.Süleymanın məsəlləri”, Bab 23, 15-19).

 

“Öz atana qulaq as. Qocaldığı zaman ananı alçaltma” (“Hz.Süleymanın məsəlləri”, Bab 23, 22).

 

“Həqiqəti satın al və onu satma. Hikməti, tərbiyəni və dərrakəni də” (“Hz.Süleymanın məsəlləri”, Bab 23, 23).

 

“Pislik edənlərə görə hirslənmə. Pis adamlara da qibtə etmə” (“Hz.Süleymanın məsəlləri”, Bab 24, 19).

 

“Mən gördüm, dərin düşündüm. Baxdım, ibrət aldım” (“Hz.Süleymanın məsəlləri”, Bab 24, 32).

 

“Nəfsinə hakim olmayan insan dağılmış və divarsız şəhər kimidir” (“Hz.Süleymanın məsəlləri”, Bab 25, 28).

 

“Səhərisi günlə lovğalanma. Çünki səhərisi gün nə olacağını bilmirsən” (“Hz.Süleymanın məsəlləri”, Bab 27, 1).

 

“Yoxsulları əzən kasıb adam süpürən və çörək buraxmayan yağı kimidir” (“Hz.Süleymanın məsəlləri”, Bab 28, 3).

 

“Qəbahətlərini ört-basdır edən nailiyyət qazana bilməz. Ancaq onları etiraf edib tərk edən mərhəmət görər. Həmişə qorxan adam nə gözəl bəndədir! Ürəyini qatılaşdıran isə müsibətə düçar olar” (“Hz.Süleymanın məsəlləri”, Bab 28, 13-14).

 

“Öz ürəyinə etimad edən ağılsızdır. Ancaq kim hikmətlə addımlayarsa, o xilas olar. Kim kasıba verərsə, onun nöqsanı olmaz. Ancaq kim ondan üz çevirərsə, o çox lənət olar” (“Hz.Süleymanın məsəlləri”, Bab 28, 26-27).



“Qanlı adamlar kamil adamdlan nifrət edərlər. Düzgün adamlar isə onun canını qoruyarlar. Ağılsız bütün hirsini ortaya çıxarar. Hikmətli adam isə onu saxlayar və sakitləşdirər” (“Hz.Süleymanın məsəlləri”, Bab 29, 10-11).

 

“İnsanın bəsirəti hirsinin qarşısını alar. Və günahı bağışlamaq onun gözəlliyidir” (“Hz.Süleymanın məsəlləri”, Bab 19, 11).

 

“Nəsihətə qulaq as və tərbiyə al ki, öz axırın da hikmətli olsun” (“Hz.Süleymanın məsəlləri”, Bab 19, 20).

 

“Hiyləli tərəzi Rəbbə məkruhdur. Ancaq düzgün tərəzi məqbuludur. Lovğalıq gələndə utanc da gələr. Ancaq hikmət təvəzökarladır. Doğruların kamalı onlara yol göstərər. Lakin xainlərin azğınlıqları onları həlak edər. Qəzab günündə malın bir faydası olmaz. Ancaq saleh əməllər ölümdən xilas edər. Ancaq pis adam öz pisliyi ilə alçalar. Doğruların saleh əməlləri onları xilas edər. Ancaq xainlər öz fəsadları ilə tutularlar. Pis adam öldüyü vaxt gözləməyi hədər gedər. Və ümidi də puç olar. Saleh isə sıxıntıdan xilas olar...” (“Hz.Süleymanın məsəlləri”, Bab 11, 1-8).