Həzrəti Süleyman

Mehdinin dünya hakimiyyəti illəri

Əvvəl də qeyd etdiyimiz kimi, hz.Süleyman və hz.Zülqərneyn İslam əxlaqını dünyada bərqərar etmişdilər. Onlar çox geniş bir coğrafiyaya hökm etmiş, çox güclü bir orduya sahib olmuşdular və bu baxımdan onların dövrü ilə “Qızıl əsr” arasında böyük oxşarlıqlar nəzərə çarpır.
“Qızıl əsr” dövrü də İslam əxlaqının bütün dünyaya hakim olacağı, insanların axın-axın müsəlman olacaqları, inkarçı ideyaların yer üzündən silinəcəyi, dinin Peyğəmbərimizin (s.ə.v) vaxtındakı kimi yaşanacağı bir dövrdür. “Qızıl əsr” dövründəki hakimiyyət bəzi hədislərdə belə tərif edilir:

“(Mehdi) bütün dünyaya malik olacaqdır” (Kitabül bürhan fi əlamət-il Mehdiyy-il axırzaman, səh.10).

“Mehdi şərqlə qərb arasındakı hər yeri fəth edər” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.56).