Şeytan dünya həyatını cəlbedici göstərməyə çalışır
Şeytan Allahın hüzurundan qovulandan sonra düşdüyü bu vəziyyətin səbəbini insanda görmüş və insana olan kinini onun nəslini düz yoldan azdırmaqla göstərməyə qərar vermişdir. Halbuki şeytan öz əxlaqsızlığı, ədəbsizliyi, təkəbbür və itaətsizliyi ucbatından cəzalandırılmışdır. Amma təkəbbüründən bu həqiqəti qəbul etməyən şeytan belə bir and içmişdir:
“(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!” (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (Iblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!”“ (“Əraf” surəsi, 14-17).
Şeytanın ən başlıca taktikalarından biri insanları zəiflikləri ilə aldatmağa çalışmasıdır. Məsələn, hz.Adəmi və onun həyat yoldaşını “sonsuzluq” vədi ilə aldatmışdır. İnsanların bir çoxunu dünya həyatına bağlayaraq onu cəlbedici, bəzəkli və sanki heç sonu olmayan bir yer kimi göstərərək aldatmağa çalışır. Bir ayədə şeytanın bu xüsusiyyətindən belə bəhs edilir:
Məsələn, şeytan bir iş adamına işinə hədsiz bağlanmağı, maddi qazancı və ticarətlə bağlı etibarı hər şeydən yüksək tutmağı təlqin edə bilər. Bu isə əvvəl qeyd etdiyimiz kimi, yaxınındakı bir insana və ya onun zehninə təsir edə bilən bir cin şeytan ola bilər. Bu insan sözügedən təlqinlər üzündən bütün əxlaqi və mənəvi dəyərlərin, dini, axirəti tərk edər. Beləcə, şeytan bu insanın zəif tərəflərindən istifadə edərək onu dindən sapdırmış olur.
Quranda Allah şeytanın Səba qövmünü bu şəkildə sapdırdığını bildirir:
(“Nəml” surəsi, 23-26).
Ancaq unutmaq olmaz ki, şeytanın taktika və hiylələri əslində çox zəifdir və onların vicdanını üstün tutan, Allahı və Quran ayələrini düşünən səmimi insanlara heç bir təsiri olmaz.