Həzrəti Süleyman

Hz. Süleyman Allahın diləyi ilə böyük bir ev tikmişdi

Allahım Rəbbin adına böyük bir ev tikəcəyəm... Və tikməkdə olduğum ev böyükdür...” (2. Tarixlər, Bab 2/2-5).

“Və budur, mənə bol ləvazimat hazırlasınlar deyə qullarım sənin qullarınla bərabər olacaqlar; çünki tikəcəyim ev böyük və gözqamaşdırıcı bir şey olacaqdır” (2. Tarixlər, Bab 2/9).

“Və tuncdan bir məzbah tikdi; uzunluğu iyirmi arşın, (4 arşın 1,78 metrə bərabərdir) və eni iyirmi arşın və hündürlüyü on arşın” (2. Tarixlər, Bab 4/1).

“Və Süleymanın Rəbb üçün tikdiyi evin uzunluğu altmış arşın, eni iyirmi və hündürlüyü otuz arşındır. Və evin məbədi önündəki eyvanın uzunluğu evin eninə görə iyirmi arşındı; və onun eni evin qabağında on arşındı. Və ev üçün qəfəslə bağlanmış pəncərələr düzəltdi. Və evin divarı ətrafına bitişik, həm məbədin, həm də içəridəki otağın ətrafındakı evin divarlarına bitişik mərtəbələr tikdi; və ətrafından otaqlar tikdi. Aşağı mərtəbə beş arşın enində və orta mərtəbə altı arşın enində və üçüncüsü isə yeddi arşın enində idi; girişlər evin divarını tutmasın deyə evin divarı ətrafında bayır tərəfdən dayaqlar qoydu” (1. Krallar, Bab 6/2-6).