Həzrəti Süleyman-"Qızıl əsr"də elm və texnologiya sahəsində baş verəcək tərəqqi

"Qızıl əsr"də elm və texnologiya sahəsində baş verəcək tərəqqi

Quran ayələrindən öyrəndiyimiz kimi, hz.Süleyman və hz.Zülqərneyn dövrlərində elm və texnologiya sahəsində çox böyük irəliləyişlər olmuşdu. “Qızıl əsr”i təsvir edən hədislərə nəzər saldıqca da buna oxşar vəziyyətlə qarşılaşırıq.

“Qızıl əsr”də elm, texnologiya, rabitə və tibb sahəsində böyük tərəqqi olacaq. Yeni əldə edilən hər şey insanların xidmətinə veriləcək və beləliklə, dünyanın dörd bir yanında yaşayan insanların həyatı asanlaşacaq. Hədislərdə bu mövzuya aid işarələrdən biri belədir:

“...İnsan əlindəki qamçıya danışacaq...” (Qiyamət əlamətləri, səh.152).

Bəlkə də bu hədisdə gündəlik həyatımızda rabitə vasitəsi olan cib telefonuna işarə olunur (Ən doğrusunu Allah bilir).
Hədislərdə “Qızıl əsr”dəki texniki tərəqqiyə dair digər diqqətçəkici və önəmli işarə isə belədir:

“İnsanlar bir ölçək buğda əkdikdə əvəzində yeddi yüz ölçək tapacaq, insan bir neçə toxum atacaq, 700 ovuc hasil edəcəkdir... Çox yağış yağmasına baxmayaraq bir damcısı belə boşa getməyəcək” (Qiyamət əlamətləri, səh.164).

Bu hədislə texnologiyanın bir məhsulu olan maşınlar vasitəsilə müasir kənd təsərrüfatına diqqət çəkilmiş ola bilər. Bildiyimiz kimi, əvvəllər tarlaların əkilməsi və əldə edilən əkin məhsullarının yığılması üçün çox vaxt və güc tələb edilirdi. Ancaq texnologiyadakı tərəqqi kənd təsərrüfatı sahəsində çox böyük dəyişikliklərə səbəb olmuş, bu yeni müxtəlif maşınlar istər əkini, istərsə də biçini asanlaşdırmışdır. Bununla yanaşı toxum növlərinin yaxşılaşdırılması istehsalda çox böyük irəliləyişə səbəb olmuşdur. Və texnologiya inkişaf etdikcə yeni üsullar təkmilləşdirilir və məhsuldarlıq artır.
Mehdi dövründə bu sahədə çox böyük inkişaf olacaq, təsərrüfatla məşğul olan insanların həyatı asanlaşacaq (“Qızıl əsr”də yaşanacaq elmi-texniki tərəqqiyə dair ətraflı məlumat üçün bax: “Qızıl əsr”, Harun Yəhya, Vural Yayınçılıq, 1999).