Həzrəti Süleyman

Hz. Süleymanın süfrəsi

Və kral Süleymanın içki qabları həmişə qızıldan və Livan meşəsi evinin bütün qabları xalis qızıldandı; Süleymanın günlərində gümüş bir şey sayılmazdı” (2. Tarixlər, Bab 9/20).

“Və Süleymanın evinin bir günlük azuqəsi otuz ölçək (1 ölçək 13 litrdi) narın un və altmış ölçək un, on bəslənmiş öküz və otlaqlardan iyirmi öküz və mallar və ceyranlar və sığırlar və bəslənmiş toyuqlardan başqa yüz qoyundu” (1. Krallar, Bab 4/22-23).

“Və o kəhyalar kral Süleyman üçün və kral Süleymanın süfrəsinə gələnlərin hamısı üçün hər biri öz ayında azuqə tədarük edərdi; bir şeyi əskik etməzdilər” (1. Krallar, Bab 4/27).

“Və Süleymanın bütün hikmətini və qurduğu evi və süfrəsinin yeməyini və qullarının oturuşunu və xidmətçilərinin duruşunu və onların ehtiyatlılığını və Rəbbin evinə çıxan pilləkəni Səba kraliçası gördüyü vaxt onda artıq can qalmadı” (1. Krallar, Bab 10/4-5).