More Website Templates @ TemplateMonster.com - August 19, 2013!

Hz. Süleymana quşların danışıq dili öyrədilmişdi

Allah Hz.Süleymana quşların danışıq dilini öyrətmiş və bu üstün elm sayəsində ordusunda quşlardan ibarət bir dəstə yaratmağa nail olmuşdu. Beləliklə, Hz.Süleyman quşlarla yaxınlıq etmiş, onlara istədiyi şəkildə hökm edə bilmişdi. Bu hal bütünlüklə Allahın Hz.Süleymana olan rəhmətinin bir nəticəsidir. Bunun fərqində olan Süleyman peyğəmbər xalqına verdiyi açıqlamada bu elmi ona Allahın öyrətdiyini xüsusi şəkildə bildirmişdi. Bu elmin özünə aid bir xüsusiyyət olmadığını və insanın yalnız Allahın öyrətməsi ilə belə bir elmə sahib ola biləcəyini vurğulamışdı. Beləliklə, Allah qarşısındakı təslimiyyət və möhtaclığını açıq şəkildə ifadə etmişdi:


“Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!”
(“Nəml” surəsi, 16).


Hz.Süleyman qissəsindəki bu məlumatdan bəzi mühüm nəticələr çıxır:

* Quşların digər insanların duya bilmədiyi xüsusi bir dalğa boyunda özlərinə xas bir danışıqları var. Hz.Süleymana bu xüsusi dalğadakı danışığı anlaya biləcək bir elm verilmişdi. Bu, texnoloji bir imkanla da ola bilər.

* Süleyman peyğəmbər quşların bu fərqli dalğalardakı səsli rabitəsini anlaması sayəsində onlara müxtəlif əmrlər vermiş, quşlar da onun bu əmrlərini yerinə yetirmiş ola bilərlər (Ən doğrusunu Allah bilir).

* Hz.Süleyman quşlardan bəzən xəbər aparmaqda, bəzən elə məlumat toplamaqda istifadə etmiş və bu şəkildə çox mühüm nəticələr əldə etmişdi. Bu elm onun digər ölkələrlə əlaqəsini asanlaşdırmış, əlçatmaz bölgələrə rahatlıqla getməsinə imkan vermişdi (Ən doğrusunu Allah bilir).

* Bu ayə ilə ola bilsin ki, axırzamanda oxşarı istifadə ediləcək yüksək bir texnologiyanın varlığına diqqət çəkilir. Bu qissədə sözügedən quşlarla bizim tanıdığımız adi quşlara deyil, bu gün istifadə olunan pilotsuz təyyarələrə işarə edilməsi ehtimalı da var.

* Bunlardan başqa, Hz.Süleyman digər ölkələr və düşmənləri haqqında kəşfiyyat məlumatı əldə etmək üçün quşlara ötürücü cihaz yerləşdirmiş, bu şəkildə həm təsvir, həm də səs yazısı əldə etmiş, beləliklə də bunlardan ölkəsinin idarəçiliyində müxtəlif şəkildə istifadə etmiş də ola bilər.

* Hz.Süleymanın cinlər və şeytanlar üzərində böyük bir hakimiyyətinin olduğu məlumdur. Allah “Səba” və “Ənbiya” surələrində bununla bağlı belə buyurur:


“...Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi.... “ (“Səba” surəsi, 12). “...Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də onun ixtiyarına verdik...”
(“Ənbiya” surəsi, 82).


Bu baxımdan düşündükdə quşlardan da çox quş görkəmindəki cinlərdən meydana gələn bir ordu ola bilər.
* Başqa bir ehtimal da var ki, ayədə sözügedən quşlar cinlər tərəfindən idarə edilir. Və Süleyman peyğəmbər də cinlər vasitəsilə quşlara istədiyi bütün işləri gördürmüş ola bilər.

* Quran Allahın qiyamət gününə qədər bütün insanlar üçün keçərli saydığı Kitabdır. Buna görə Hz.Süleyman qissəsindəki hadisələrin bəziləri axırzamanda da yaşana bilər. Bu ayələr Allahın cinləri və şeytanları axırzamanda da insanların xidmətinə verəcəyinə işarə ola bilər. Yenə bu qissədə işarə edilərək diqqətin yönəldildiyi yüksək texnologiyadan axırzamandakı insanların da çox geniş şəkildə istifadə edəcəyinə diqqətimizi çəkmiş ola bilər (Ən doğrusunu Allah bilir).