More Website Templates @ TemplateMonster.com - August 19, 2013!

Hz. Süleymana hökmranlıq hüququ verilmişdi

“Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik...” (“Ənbiya” surəsi, 79).


Peyğəmbərlərin həyatını öyrəndiyimiz zaman onların verdikləri qərarlarda, müxtəlif işlərində, danışıqlarında Allahın onlara bəxş etdiyi üstün bir elmin gətirdiyi ağıl və hikmət açıq şəkildə ortaya çıxır. Hz.Süleymanın özü də hökm və elm verilmiş bir peyğəmbərdir. O, yaşadığı müddətdə eynilə atası Hz.Davud kimi “haqq ilə hökm etmiş” (“Sad” surəsi, 26), qarşısına çıxan hər növ çətinliyi ədalətlə həll etmişdi.


“Davudu və Süleymanı da yad et! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik”
(“Ənbiya” surəsi, 78).


Ədalət sisteminin uğurla davam etdirilməsi üçün hər şeydən əvvəl adil rəhbərlərə, ədalətlə hökm edən iman sahibi insanlara ehtiyac var. Allahın “Yunus” surəsində də bildirdiyi kimi, Hz.Süleymanın dövrü də bu ədalət anlayışının sözün əsl mənasında yaşandığı bir dövrdür: “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!” (“Yunus” surəsi, 47). Ayələrdən Hz.Süleymanın dövründə adil bir mühakimə sisteminin olduğu bilinir. Münaqişələrə nəzər salıb ədalətlə hökm verən adamlar Hz.Süleyman və Hz.Davuddur.
Hüdhüd adlı quşun lazım olan vaxtda itib yox olması və Hz.Süleymanın bu mövzuda söylədiyi söz bu baxımdan diqqətçəkicidir:


“Sonra quşları yoxlayıb dedi: “Hüdhüdü niyə görmürəm? Yoxsa o burada yoxdur? And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub boğazını üzərəm. Yaxud da o aşkar bir dəlil gətirsin!”“
(“Nəml” surəsi, 20-21).


Hz.Süleymanın adil davranışının bir nümunəsi Hüdhüdün itməsindən sonra etdiyi bir hərəkətdir. Hz.Süleyman əvvəlcə Hüdhüdün özünü müdafiə etməsinə fürsət vermiş, onu diqqətlə dinləmiş, onu ani bir qərarla cəzalandırmamışdı. Onun açıq bir dəlil gətirməsini gözləmişdi.