Həzrəti Süleyman

Hikmətin əhəmiyyəti

“Hikmət çağırmırmı və dərrakə səsinini eşitdirmirmi? Yol kənarındakı yüksək yerlərin başında yolların birləşdiyi yerdə o dayanır. Qapıların yanında, şəhərin qapısında, qapılara daxil olunacaq yerdə yüksək səslə çağırır: Ey insanlar! Sizi çağırıram və sözüm adəmoğullarınadır. Ey adamlar ayırd etməyi öyrənin. Ey ağılsızlar başa düşün. Qulaq asın çünki əla şeylər söyləyəcəyəm. Dodaqlarımın açılması doğru şeylər üçün olacaq. Çünki ağzım həqiqəti bəyan edəcək. Pislik dodaqlarıma məkruhdur. Ağzımın bütün sözləri saleh əməllərdir. Onlarda tərs, yaxud əyri şey yoxdur. Başa düşənə onların hamısı açıqdır.  Elmi taapanlar üçün doğrudur. Gümüşü deyil, tərbiyəni, xalis qızıldan çox elmi alın. Çünki hikmət yaqutdan yaxşıdır. Xoş olan bütün şeylər ona bərabər ola bilməz. Mən hikməti, bəsirəti özümə məskən etdim. Və tədbir bilgisini tapıram. Rəbb qorxusu şərdən nifrət etməkdir. Kibirdən, qürurdan, şər yoldan və əyri sözdən nifrət edirəm. Nəsihət və səhih bilgi mənimdir. Mən dərrakəyəm, qüdrət mənimdir. Mənim vasitəmlə krallar hakimiyyət qurarlar və idarəçilər ədalətli əmr edərlər. Rəislərlə bəyzadələr, dünyanın bütün hakimləri vasitəmlə hökm edərlər. Məni sevənləri Mən də sevərəm. Tez axtaranlar Məni taparlar. Sərvət və izzət, dözümlü mal və salehlər yanımdadır. Meyvəm qızıldan, xalis qızıldan daha yaxşıdır. Məhsulum seçmə gümüşdən yaxşıdır. Saleh yolunda, ədalət yolları ortasında addımlayaram. Ta ki məni sevənləri mala vərəsə edim. Və onların xəzinələrini dodurum...” (“Hz.Süleymanın məsəlləri”, Bab 8, 1-21).

“Rəbb qorxusu hikmətin başlanğıcıdır. Və Qüddüsü tanımaq anlayışdır. Çünki günlərin mənim vasitəmlə çoxalacaq. Və ömrünün illəri çoxalacaq. Əgər hikmətlisənsə, özün üçün hikmətlisən. Əgər istehza etsən, onu ancaq sənin öz üzərinə götürmüş olarsan” (“Hz.Süleymanın məsəlləri”, Bab 9, 10-12).