Həzrəti Süleyman

Din əxlaqına dəvət məsələsində qərarlı olmaları və cəld davranmaları

Hz.Süleyman verdiyi ağıllı və sürətli qərarlarla bütün möminlər üçün gözəl bir örnəkdir. Səba ölkəsini iman etməyə dəvət etmək üçün yazdığı məktub onun təbliğ gücünü göstərərkən elm sahibi bir insanın vasitəsilə Səba məlikəsinin taxtını gətirtməsi sürətli qərar verməsini açıqlayır. Hz.Zülqərneynin Yəcuc və Məcuc adlı qövmün tərbiyəsizliyinin qarşısını almaq üçün dərhal qiyamətə qədər yıxılmayacaq güclü bir sədd tikməsi də onun gücünün və ağlının bir nümayişidir. “Qızıl əsr” də bu baxımdan hz.Süleyman və hz.Zülqərneyn dövrünə çox böyük oxşarlıq göstərəcək.

“Qızıl əsr” dövründə insanlar dəstə-dəstə İslama üz tutacaq, bunun üçün çox geniş əhatəli və sürətli işlər görəcəklər. Cəmiyyətlər bir-birinin arxasınca İslam əxlaqını mənimsəyəcək, əks fikirdə olanlar ortadan qalxacaq, hər növ zülm sistemi tarixin qaranlıqlarında məhv olub gedəcək. Bu mövzu ilə bağlı böyük İslam alimi Muhyiddin Ərəbi bunları bildirmişdir:

“Allah ona (Mehdiyə) o qədər güc verəcək ki, bir gecənin içində zülmü və əhlini ortadan qaldıracaq, dini iqamə edəcək, İslamı canlandıracaq, əhəmiyyətsiz bir hala gəldikdən sonra ona yenidən qiymət qazandıracaq, ölümündən sonra onu dirildəcək... Əsrində cahil, zülmkar və qorxaq olan bir adam sonra dərhal alim, cəsur və mərd olacaq... Dini Rəsulullahın (s.ə.v.) zamanında olduğu kimi eynilə tətbiq edəcək...” (Muhyiddin Ərəbi əl-Əndəlüsu, Fütuhat-ül Məkkiyə, Bab 66; Qiyamət əlamətləri, səh.186).