Həzrəti Süleyman

Hz. Süleymana verilən xüsusi bir elmə işarə

“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!” Süleyman Davuda vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!”“ (“Nəml” surəsi, 15-16).

Bu ayələrdə hz.Davuda və hz.Süleymana verilən xüsusi bir elmdən xəbər verilir. Ayənin davamı olaraq bu elmin “açıq-aşkar bir üstünlük” olduğunun bildirilməsi isə heç kimin bilmədiyi üstün bir elmə vaqif olduqlarına bir işarə ola bilər.

“And olsun ki, Biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cəsəd atdıq. Sonra o əvvəlki vəziyyəitinə qayıtdı” (“Sad” surəsi, 34).

* Hz.Süleymanın taxtının üstünə qoyulan bir cəsədlə imtahan edilməsi yuxarıda sözügedən elmlə bağlı bir möcüzə ola bilər. Allah hz.Süleymanı metafizik bir şəkildə, bütün canlıların yaşadığı maddə ölçüsündən çıxarıb ruh aləminə salmış ola bilər. Bu aləmdə maddə ortadan qalxmış, hz.Süleyman taxtın da, taxtın üstündəki cəsədin də maddi varlıqlar olmayıb bir xəyaldan ibarət olduğunu anlamış ola bilər. Ruh aləmindən çıxıb yenidən maddə şəklinə keçdikdə isə bədəni ilə qovuşmuş əvvəlki halına dönmüş ola bilər.

* Hz.Süleyman bu səfəri əsnasında bədəninin xaricinə çıxmış və dolayısı ilə öz bədənini bir cəsəd olaraq görmüş, bunun nəticəsində də dünya həyatının dəyərsizliyini və insanın nə qədər aciz olduğunu fərq etmiş ola bilər. Dünyanın bir neçə onillik içində sonunun gələcəyini, insanın həyatda dəyər verdiyi pul, mal-mülk, zənginlik və bütün gözəlliklərin bir xəyaldan ibarət olduğunu dərk etmiş ola bilər.

* Dünya həyatının dəyərsizliyini anlayan hz.Süleyman mülkü Allah yolunda və İslamın mənfəəti uğrunda xərcləməyin önəmini qavramış ola bilər. Həmçinin bu səfərdən dərhal sonra hz.Süleyman Allaha özünə böyük bir mülk istəməsi üçün dua edir.