More Website Templates @ TemplateMonster.com - August 19, 2013!

Küləyin Hz. Süleymanın əmrinə verilməsi

“Əmrilə bərəkət verdiyimiz yerə doğru şiddətlə əsən küləyi də Süleymana biz ram etdik. Biz hər şeyi bilənik!” (“Ənbiya” surəsi, 81).

* Allah küləyi Hz.Süleymanın əmrinə vermiş və ondan müxtəlif işlərində bir vasitə olaraq istifadə etməsinə imkan yaratmışdır. Bu ifadə ilə Hz.Süleyman dövründə və eyni şəkildə axırzamanda texnologiyada külək enerjisindən istifadəyə işarə edilə bilər.

* Hz.Süleymanın əmrinə “fırtına şəklindəki küləyin” verildiyini bildirməklə axırzamanda inkişaf edəcək yüksək təyyarə texnologiyasına diqqət çəkilmiş ola bilər.

“Süleymana da küləyi ram etdik. O səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi...” (“Səba” surəsi, 12).

* Ayədə yer alan “səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol”  ifadəsi ilə Hz.Süleymanın müxtəlif bölgələr arasında sürətli bir şəkildə hərəkət etdiyinə diqqət çəkilmiş ola bilər.

* Hz.Süleyman öz dövründə indiki təyyarə texnologiyasına bənzər bir texnologiyadan istifadə edib küləklə hərəkət edən vasitələr meydana gətirmiş və bunların vasitəsilə uzaq məsafələri qİsa zamanda qət etmiş ola bilər. Şübhəsiz ki, ən doğrusunu Allah bilir.