Həzrəti Süleyman

Əhdi-Ətiqin "Süleyman məsəlləri" hissəsindən açıqlamaları

Əhdi-Ətiqdə mövcud olan “Süleymanın məsəlləri” hissəsinin hz.Davudun hz.Süleymana verdiyi nəsihətləri ehtiva etdiyi iddia edilir. Əlbəttə Əhdi-Ətiq təhrif edilmiş bir kitabdır və bu kitabdakı açıqlamaları Allahdan gələn vəhy olaraq qəbul etmək mümkün deyil. Hər nə qədər içində təhrif edilməmiş hissələr olma ehtimalı olsa da, biz bu açıqlamaları ancaq gözəl sözlər olaraq dəyərləndirə bilərik. Bu məntiqlə oxuyanda bəhs edilən hissədə Qurana uyğun gələn çox sayda gözəl söz və nəsihətin olduğunu görmək olar. Gözəl sözün harada olmasından asılı olmayaraq qəbul etmək uyğun olduğu üçün bu hissədə Əhdi-Ətiqdəki Quran ayələri ilə məna yönündən uyğun olan bəzi hissələrə yer verilir.