Həzrəti Süleyman

Sülh tərəfdarı olmaları və diplomatik yolu seçmələri

Hz.Süleymanın qonşu ölkələrlə olan münasibətlərində xeyirxah, bağışlayan, sülhpərvər olduğunu əvvəl də vurğulamışdıq. O, problemləri diplomatik yolla həll etməyə üstünlük verməkdə və demokratik üsullar tətbiq etməkdədir. Hz.Süleyman yaşadığı dövrdə çox yüksək bir mədəniyyət bərqərar etmiş və hakimiyyətində də diplomatiyaya, sənətə və mədəniyyətə diqqət yetirmişdi. Çox güclü, qarşısıalınmaz ordulara sahib olsa da hərbi gücündən istifadə etməmişdi. Hz.Zülqərneyn isə ətrafındakı xalqlar tərəfindən “yer üzündə əxlaqsızlığın və fitnənin qarşısına alan insan” kimi tanınmış, insanlara sülh və rahatlıq gətirən bir lider olmuşdur. Hz.Süleyman və hz.Zülqərneyn dövrləri bu baxımdan “Qızıl əsr” dövrünə çox bənzəyir.

“Qızıl əsr”də də insanlar öz istəkləri ilə müsəlman olacaq, heç bir münaqişəyə səbəb olmadan İslam əxlaqı bütün dünyaya hakim olacaq. Bu mərhələni təsvir edən hədislər bunlardır:

“Zamanında nə bir kimsə yuxudan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaqdır” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.42).

“Mehdi Peyğəmbərin yolu ilə gedəcək, yatan insanı oyandırmayacaq, qan da axıtmayacaqdır” (Qiyamət əlamətləri, səh.163).

Hədislərdən də göründüyü kimi, Mehdi İslam əxlaqını bütün dünyaya sülh yolu ilə hakim edəcək, müharibə və toqquşmalardan qaçacaqdır. Mehdinin gedəcəyi yol bütün dünya miqyasında yüksək bir mədəniyyətlə insanları İslam əxlaqına cəlb etməsi olacaq. Bu mərhələdə Allahın rizası ilə aşağıdakı ayələr özünü göstərəcəkdir:

“Allahın köməyi və zəfər gəldiyi zaman; insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (“Nəsr” surəsi, 1-3).