Həzrəti Süleyman

"Qızıl əsr"də olacaq bolluq və bərəkət

Ayələrdən hz.Süleyman dövründə çox böyük bir zənginliyin yaşandığı və insanların xoş həyat sürdüyü anlaşılır. Hz.Süleymanın sarayı son dərəcə əzəmətli və gözəldir, çox böyük orduları vardır və bütün dünyaya hakim olmuşdur. “Qızıl əsr” də öz bolluq və bərəkəti ilə hz.Süleyman dövrünə çox böyük bir bənzərlik göstərəcəkdir. İnsanlara bütün istədikləri sayılmadan, çox-çox veriləcək, havadakı quşlar belə Mehdinin xilafətindən razı olacaqdır. Peyğəmbər əfəndimizin (s.ə.v) “Qızıl əsr”dəki bolluğu, bərəkəti və rahat şəraiti təsvir edən bəzi müfəssəl açıqlamaları belədir:

“O zaman yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə onun xilafəti ilə sevinəcəkdir. Onun dövründə axan çaylar belə suyunu çoxaldacaqdır” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.31).

“...Ümmətin onun zamanında yaxşı və pisin bənzəri ilə nemətləndiyi bir nemətlə nemətlənəcək, səma üzəriinə bol yağış yağdıracaq, ərz bitkisindən heç bir şey saxlamayacaqdır” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, s.9).

“...Səma yağışını endirəcək, yer bərəkətini çıxaracaq, ümmətim onun zamanında əvvəllər görünməmiş bir şəkildə rahatlığa çatacaqdır” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.9).

“Məhəmməd ümmətinin könlü zənginliklə dolacaqdır” (Əl Kəvlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.20).

“Göydən çoxlu rəhmət yağacaq, yerlərdə bərəkət artacaq, bütün dəfinələri tapacaq” (Qiyamət əlamətləri, səh.164).