Həzrəti Süleyman

Həmişə Allaha şük edən bir bəndə idi

“Siz ey Davud ailəsi! Şükranlıqla itaət edin! Bəndələrimdən şükr edəni azdır!” (“Səba” surəsi, 13).


Allah hz.Davud kimi hz.Süleymana da əvvəllər heç kimsəyə verilməmiş nemətlər bəxş etmiş, ona Allaha şükr etməsi üçün bir çox şeylər lütf etmişdi. Hz.Süleyman bu nemətlər üçün hər zaman şükr etmiş, təvazökar və sədaqətli davranmış, hər işində Allaha üz tutmuşdu. Çünki daha öncə də qeyd etdiyimiz kimi, o, bütün nemətlərin və üstün cəhətlərin Allah dərgahından gələn bir sınaq olduğunu, bu nemətlərə verəcəyi cavabla hesab günündə qarşılaşacağını bilən və bütün bunlara görə davranan bir bəndədir.

“Ey Rəbbim! Mənə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!” (“Nəml” surəsi, 19).

Hz.Süleymanın qarışqaların öz aralarındakı danışığını eşitdikdən sonra tez Allaha üz tutması və dua etməsi ayədə bildirilmişdir. O, özünə verilən nemətlər qarşısında həmişə bunların həqiqi sahibinin Rəbbimiz olduğunu bilmiş, bütün davranış və sözləri ilə hədəfinin Allahın rizasını qazanmaq olduğunu göstərmişdir.

Allah onun bu səmimi və sədaqətli əxlaqının qarşılığını çox gözəl şəkildə vermiş və onu “Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır” (“Sad” surəsi, 40) ayəsi ilə müjdələmişdi. Bir digər ayədə isə onu və atası hz.Davudu “mömin bəndələrinin çoxundan üstün tutduğunu” (“Nəml” surəsi, 15) bildirmişdi.

Həmçinin hz.Süleyman dişi qarışqaların qarışqa dəstəsinə olan qayğısını gördükdə dərhal ata-anasını xatırlamışdı. Bu, insana ana və ata vasitəsilə gələn nemətlərə (uşaqlığından ona baxılması, böyüməsi, tərbiyəsi kimi) qarşılıq olaraq bunların əsl sahibi olan Allaha şükr etməsinin vacibliyini göstərən mühüm bir dərsdir.