Həzrəti Süleyman

Hz. Süleymanın atları

“Və atlarla döyüş arabaları üçün Süleymanın dörd min axuru vardı. Və on iki min atlısı vardı, onları araba şəhərlərinə və kralın yanına, Yerusəlimə qoydu. Və çaydan Filistilər diyarına və Misir sərhəddinə qədər, bütün krallara hökm etdi. Və kral gümüşü Yerusəlimdə daş qiymətinə endirdi və ərz ağaclarını Səfəladakı cəmiz ağacları kimi etdi. Və Misirdən və bütün məmləkətlərdən Süleyman üçün atlar gətirdilər” (2. Tarixlər, Bab 9/25-28).

“...Və Süleymanın döyüş arabaları üçün qırx min axur bölüyündə atları vardı. Və on iki min atlısı vardı” (1. Krallar, Bab 4/26).

“Və Süleyman döyüş arabaları ilə atlılar topladı; və onun özünün min dörd yüz arabası və on iki min atlısı vardı; onları araba şəhərlərinə, və Yerusəlimə kralın yanına qoydu. Və kral gümüşlə qızılı Yerusəlimdə daş qiymətinə endirdi. Və ərz ağaclarını əsasən Səfəladakı cəmiz ağacları kimi etdi. Və Süleymanın atları Misirdən gətirilirdi; kralın tacir heyəti onları sürü ilə bir qiymətə alardılar. Və bir döyüş arabasını altı yüz və bir atı yüz əlli şəkəl gümüşə Misirdən çıxarıb gətirərdilər; və bütün Xett kralları üçün və Suriya kralları üçün də beləcə onların əli ilə gətirilirdi” (2. Tarixlər, Bab 1/14-17).