Həzrəti Süleyman

Şeytan ilk öncə hz. Adəmdə və onun xanımında şübhə oyatdı

İblis Allahın hüzurundan qovulduqdan sonra qiyamətə qədər olacaq mübarizəsinə başladı. İnsanları aldadaraq yoldan çıxarmaq üçün onlara müxtəlif yollarla hücum etdi. İlk böyük hiyləsi cənnətdə yaşamaqda olan hz.Adəmi və onun xanımını aldadaraq onları Allahın əmrinə itaət etməməyə sürükləməsi idi. Bəşər tarixinin əvvəllərindəki bu hadisə Quranda belə açıqlanır:

“Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız!” Şeytan örtülü ayıb yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir”. Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, - deyə and içdi. Beləliklə, onları batil sözlərlə aldatdı. Ağacın meyvəsindən daddıqda ayıb yerləri göründü. Onlar cənnət yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?” “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” -dedilər. (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq enin! Yerdə sizin üçün bir müddət sığınacaq və dolanacaq vardar”. (Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız!”“
(“Əraf” surəsi, 19-25).

Bu, bəşəriyyətin dünyadakı həyatının başlanğıcı, Hz.Adəmin yuxarıdakı ayələrdə izah edilən vəziyyəti idi. Ancaq Hz.Adəm Allaha tövbə etdi və Allah onu bağışladı. İblisin insanların əleyhinə apardığı mübarizəsi isə sona çatmadı.